“İnter”in futbolçusu İngiltərə klublarının hədəfində

ESTAFET/ “İnter”in futbolçusu Matias Vesino karyerasını İngiltərədə davam etdirə bilər. Yarımmüdafiəçinin xidmətində Premyer Liqanın bir neçə klubu maraqlıdır.

“Lester”lə “Nyukasl” 30 yaşlı uruqvaylını artıq qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Müqaviləsi mövsümün sonunda başa çatacaq Vesino ilə bir müddət əvvəl “Yuventus”da maraqlanırdı.

Qeyd edək ki, cənubi amerikalı cari mövsümdə A seriyasında 12 oyunda 1 qol vurub.
 

Müəllif: Bəhruz MƏMMƏDOV