“Milan”ın hücumçu arzusu

ESTAFET/ “Milan” heyətinə yeni hücumçu qatmağa hazırlaşır. "Rossonyeri” Luis Murieli transfer etmək istəyir.

Milanlılar “Atalanta”nın hücumçusunun keçidini qış transfer pəncərəsində həll etməyi planlaşdırır. Klub rəhbərliyi Zlatan İbrahimoviçlə Olivye Jirunun tez-tez zədələnməsindən narahatdır.

Bu üzdən də 30 yaşlı kolumbiyalının transferi gündəmə gəlib. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, Muriel cari mövsümdə 17 matçda 3 qol vurub.

Müəllif: Natiq NƏSİROV