OYUNLARIN 7-Cİ GÜNÜNDƏ 17 MEDAL QAZANDIQ
ESTAFET/ Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında artıq yarışların 7 günü arxada qalıb. İdmançılarımız günü 9 qızıl, 4 gümüş və 4 bürünclə başa vurublar.
 
Gün ərzində müxtəlif idman növlərində mübarizə aparan təmsilçilərimizin qazandıqları medalları sizə təqdim edirik.
 
QIZIL MEDAL
 
1. Qadınlardan ibarət voleybol yığma komandası
2. Ramin Əzizov: Taekvondo (kişilər) 87 kq
3. Nurlan İbrahimov: Paraatletika - 100 m T11
4. Kamran Məmmədov: Yunan-Roma güləşi 66 kq
5. Elvin Mürsəliyev: Yunan-Roma güləşi 75 kq
6. İslam Abbasov: Yunan-Roma güləşi 85 kq 
7. Cavid Çələbiyev: Boks 60 kq 
8. Teymur Məmmədov: Boks 91 kq
9. Məhəmmədrəsul Məcidov: Boks +91 kq
 
GÜMÜŞ MEDAL
 
1. Elçin Muradov: Paraatletika - 100 m T11
2. Tamerlan Abdullayev: Boks - 69 kq
3. Kamran Şahsuvarlı: Boks - 75 kq
4. Rauf Rəhimov: Boks - 81 kq
 
BÜRÜNC MEDAL
 
1. Tayfur Əliyev: Boks - 56 kq
2. Məhəmməd Məmmədov: Taekvondo - 63 kq
3. Dmitriy Sorokin: Suyatullanma - 3 m tramplin

4. Sabah Şəriəti: Yunan-Roma güləşi - 130 kq 

 

Yığma komandamız bugünədək 116 medal (59 qızıl, 33 gümüş, 24 bürünc) qazanıb. Lakin bu medallar hələki ümumi sıralamada liderlik üçün kifayət etmir. IV islam Həmrəyliyi Oyunlarının Ümumu Medal Sıralaması ilə bu yazıda tanış ola bilərsiniz.