Parataekvondoçular İrana yollanır
ESTAFET/ Parataekvondo üzrə Azərbaycan milli komandası İrana yollanır. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yığma martın 14-də Tehranda keçiriləcək Asiya regionu üzrə G-2 kateqoriyalı Prezident kubokunda iştirak edəcək.
Komandamız yarışda 5 idmançı ilə təmsil olunacaq. Baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələrindən Röyalə Fətəliyeva (K-44, 47 kq), Sabir Zeynalov (K-44, 58 kq), Sadiq Həmidov (K-44, 63 kq), İmaməddin Xəlilov (K-44, 70 kq) və Əbülfəz Abuzərli (K-44, 80 kq) dayanq üzərinə çıxacaqlar.
Qeyd edək ki, Tehranda taekvondo yarışları davam edir və bu yarışlarda böyüklərdən ibarət millinin kişi və qadın taekvondoçuları da iştirak edirlər