Azərbaycan birinciliyində finala yüksələn boksçular müəyyənləşib

ESTAFET/ Yeniyetmə boksçular arasında ölkə birinciliyi davam edir. Müxtəlif şəhər və rayonların klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 idmançısının iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın VI günündə yarımfinal görüşləri baş tutub.

14 çəki dərəcəsində 28 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Azərbaycan birinciliyinə martın 14-də yekun vurulacaq. 14 çəki dərəcəsi üzrə baş tutacaq və yeniliklərlə keçiriləcək final döyüşlərinə saat 16:00-da start veriləcək.

Azərbaycan birinciliyi
Yarımfinal mərhələsi
44 kq
Pərviz Aram (“Təhsil” RİM) – Bilal Nəzərov (Astara) – 2:3
Rəhim Rəhimli (“Qara Papaq” İK) – Fərid İsmayılzadə (“Təhsil” RİM) – 0:5

46 kq
Fərid Usubov (Hacıqabul) – Faiq Mollayev (“Təhsil” RİM) – ikinci tam üstünlüklə qalib gəlib
Sübhan Məmmədov (Ağcabədi) – Dövran Qafarov (Qəbələ) – birinci tam üstünlüklə qalib gəlib

48 kq
Əlizadə Şahbazlı (“Təhsil” RİM) – Vaqif Hacıyev (“Təhsil” RİM) – 0:5
Rauf Məmmədov (Gəncə) – Ramal Yolçuyev (Qəbələ) – 5:0

50 kq
Şahin Babayev (Göygöl) – Əli Xudaverdiyev (MOİK) – 2:3
Nicat Abdullayev (“Təhsil” RİM) – Tağı Nəsibov (“Sərhədçi” OİM) – 0:5

52 kq
Elbrus Kərimli (Naxçıvan MR) – İbrahim Zeynalov (“Təhsil” RİM) – 0:5
Rüstəm Xəlilov (“Naxçıvan” K) – Ənəs Ağayev (“Təhsil” RİM) – 0:5

54 kq
Həsən Tağızadə (“Qızıl əlcək” İK) – Ömər Aslanlı (“Təhsil” RİM) – 0:5
Tofiq Zairov (“Təhsil” RİM) – Yusif Məmmədli (UGM-7) – birinci tam üstünlüklə qalib gəlib

57 kq
Mirhəsən İbrahimov (“Zabit” İK) – Eltun Məmmədli (“Təhsil” RİM) – 5:0
Ayxan Zeynalov (Mingəçevir) – Məhəmmədəli Qasımzadə (Lənkəran) – birinci döyüşə gəlməyib

60 kq
Murad Seyidli (ROİL) – Tərlan Əhmədov (“Neftçi” İK) – 4:1
Uğur Tağıyev (Sabirabad) – Əli İsayev (“Neftçi”) – 4:1

63 kq
Həmid Hümbətov (UGM-7) – Məhəmməd Quliyev (“Təhsil” RİM) – 0:4
Mirələm Məcidli (Masallı) – Murad Nuruzadə (UGM-13) – birinci tam üstünlüklə qalib gəlib

66 kq
İbrahim Nəcəfov (ROİL) – Rəvan Məmmədli (Biləsuvar) – 5:0
Rüstəm Nemətov (“Kür” İK) – Ziya Həsənov (“Təhsil” RİM) – 0:3

70 kq
Ədalət Bayramlı (Z-1 İK) – Təyyar Allahverdiyev (“Təhsil” RİM) – 0:5
Elsun Mayılov (Biləsuvar) – Ayxan Əliyev (“Neftçi” İK) – 0:5

75 kq
Fərid Sadıqov (“Neftçi” İK) – Xətai Nemətli (“Qızıl Əlcək” İK) – 1:4
Özcan Rəsulzadə (“Təhsil” RİM) – Şahin Dadaşov (UGM-13) – 3:2

80 kq
Kənan Allahverdiyev (Naxçıvan MR) – Rza Novruzov (Siyəzən) – ikinci tam üstünlüklə qalib gəlib
Elgün Nəsirov (Lənkəran) – İlfan Xəlilli (Tərtər) – 0:5

+80 kq
Hüseyn Hüseynov (MOİK) – Həsən Sadıqzadə (DİN İC) – ikinci tam üstünlüklə qalib gəlib
İlkin Məmmədli (“Neftçi” İK) – Bayram Əhədov (Olimp-18) – 2:3

Müəllif: Natiq NƏSİROV