Karateçilər Slovakiya Qran Prisini 3 medalla başa vurdular
ESTAFET/ 21 yaşadək qızlar və böyüklərdən ibarət milli komandanın üzvləri Slovakiyanın paytaxtı Bratislavada 42-ci Qran Pri turinindən üç mükafatla dönür.
Xumar Əlibəyova (-50 kq) 21 yaşadək qızlar və böyüklər arasında, İlahə Qasımova (-55 kq) isə böyüklərin yarışında bürünc medala sahib olub. İrina Zaretska (-68 kq) bürünc medal görüşündə qələbəni əldən verib.
Bratislavada Qran Pri turnirində qadınların baş məşqçisi Denis Morozov və yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyevin rəhbərliyi ilə 10 idmançımız iştirak edib. Mötəbər yarışa 30 ölkədən 1975 karateçi qatılıb.