ÇL-də 50 və daha çox oyuna çıxan 5 ispan məşqçi

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində “Bavariya” ilə keçirilən ilk oyun təkcə “Vilyarreal” yox, baş məşqçisi Unay Emeri üçün də əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, komandasının 1:0 hesabı ilə qalib gəldiyi görüş Emerinin yubileyi ilə yadda qalıb.
İspaniyalı baş məşqçi kimi Çempionlar Liqasında oyun sayını 50-yə çatdırıb. O, bu həddə çatan 5-ci ispaniyalı mütəxəssis olub. Siyahıya isə hazırda “Mançester Siti”yə rəhbərlik edən Pep Qvardiola başçılıq edir.
İndiyə qədər komandası ÇL-də 50 və daha çox oyun keçirən ispaniyalı baş məşqçilər bunlardır:
1. Pep Qvardiola
Çempionlar Liqasında oyun sayı: 145
Qələbə sayı: 92
Bərabərlik sayı: 28
Məğlubiyyət sayı: 25
Vurulan qol sayı: 342
Buraxılan qol sayı: 143
Orta hesabla hər oyunda qazanılan xal: 2,10
2. Rafael Benites
Oyun: 95
Qələbə: 54
Bərabərlik: 20
Məğlubiyyət: 21
Vurulan qol: 175
Buraxılan qol: 93
Orta hesabla xal: 1,92
3. Visente del Boske
Oyun: 60
Qələbə: 34
Bərabərlik: 12
Məğlubiyyət: 14
Vurulan qol: 123
Buraxılan qol: 75
Orta hesabla xal: 1,90
4. Xavyer İrureta
Oyun: 58
Qələbə: 23
Bərabərlik: 15
Məğlubiyyət: 20
Vurulan qol: 74
Buraxılan qol: 79
Orta hesabla xal: 1,45
5. Unay Emeri
Oyun: 50
Qələbə: 22
Bərabərlik: 10
Məğlubiyyət: 18
Vurulan qol: 105
Buraxılan qol: 70
Orta hesabla xal: 1,52 (apasport.az)
