“Mançester Yunayted”də iki vida
ESTAFET/ “Mançester Yunayted”i tərk edəcək iki futbolçunun adı bəlli olub. Erik Bayi və Fil Cons Premyer Liqa klubu ilə vidalaşacaq.
Bunu futbolçuların özləri komanda yoldaşları ilə söhbətdə açıqlayıb. 28 yaşlı Bayinin müqaviləsi 2024-cü ildə başa çatmalı olsa da “qırmızı şeytanlar” onu saxlamağı lazım bilmir. O, cari mövsümdə cəmi 7 dəfə meydana çıxıb.
Cons müqaviləsinin başa çatdığı 2023-cü ilin yayından bir il əvvəl komandadan gedəcək. 30 yaşlı futbolçu mövsümdə cəmi 8 matçda şans qazanıb.