Raysa rekord müqavilə təklifi

ESTAFET/ “Vest Hem” futbolçusu Deklan Raysı heyətində saxlamaq niyyətindədir. London klubu 23 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə də təklif edib.

“Çəkicdöyənlər” Raysla 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlamaq istəyir. Dayaq yarımmüdafiəçisi təklifi qəbul etsə, həftədə 200 min funt sterlinq qazanacaq. Bu, klub tarixində mütləq rekorddur. “Vest Hem”in heç bir oyunçusu bu qədər qazanmayıb.

Lakin Deklanın özü top-klublardan birinə keçmək istəyir. “Mançester Yunayted”dən də təklif alan futbolçu seçim etməkdə tələsmir.

Qeyd edək ki, 2019-cu ildən İngiltərə yığmasına da çağırılan Rays millidəki 29 matçda 2 qola imza atıb. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV