ATICILAR YENİDƏN QƏBƏLƏYƏ TOPLANIR
ESTAFET/ Qəbələdə keçiriləcək atıcılıq üzrə növbəti Dünya Kubokunda iştirak edəcək ölkələr və təmsilçiləri bəlli olub. İyunun 6-dan 14-dək 42 ölkədən 416 atıcı mübarizə aparacaq.
Dünya Kubokunda Çin, Hindistan, Yaponiya, Tailand, Cənubi Koreya, Almaniya, Polşa, Rusiya 20 və daha çox atıcısını Azərbaycana göndərib.
Azərbaycan özü isə Kubokda 3 nəfərlə təmsil olunacaq - Ruslan Lunyov, Nigar Nəsirova və Nəzrin Abbaslı.