La Liqa klubu baş məşqçisiz qaldı

ESTAFET/ İspaniya La Liqasında daha bir klub baş məşqçisi ilə vidalaşıb. “Atletik” Marselono Toralla yollarını ayırıb.

56 yaşlı mütəxəssisin başa çatan müqaviləsinin uzadılmaması qərara alınıb. Buna klub rəhbərliyi ilə mütəxəssis arasında münaqişə səbəb olub. 2021-ci ildən Bilbao təmsilçisinə rəhbərlik edən 56 yaşlı mütəxəssis bu üzdən də postundan ayrılıb.

Qeyd edək ki, “Atletik” 2021/22 mövsümündə La Liqada 8-ci olub. (apasport)

Müəllif: Orxan NOVRUZOV