“Dünyanın ən yaxşılarından biriyəm”: Kurtua

ESTAFET/ “Real”ın qapıçısı Tibo Kurtua 2021/22 mövsümündəki çıxışını dəyərləndirib. Belçikalı qolkiper öz performansını yüksək qiymətləndirib.

O, özünü mövqeyinin ən yaxşılarından sayır: “Bu işlə uzun illərdir məşğul oluram. İki ildir əla səviyyədəyəm, kritik seyvlər etdim. Bizim ardıcıl qələbələrimiz nəticəsində gördüyüm işlər daha yaxşı görünməyə başladı. Ən yaxşı mövsümlərimdən birini geridə qoydum. Ən yaxşı olduğumu demək çətindir, amma dünyanın ən yaxşılarından biriyəm”.

Qeyd edək ki, İspaniya La Liqasında çempion olan “Real” Çempionlar Liqasında finala yüksəlib. “Kral klubu” mayın 28-dəki həlledici görüşdə “Liverpul”la üz-üzə gələcək.

Müəllif: Orxan NOVRUZOV