93-cü Azərbaycan Çempionatı keçiriləcək

ESTAFET/ Sabah saat 16:30-dan etibarən Atletika üzrə 93-cü Azərbaycan Çempionatı start götürəcək. İki gün davam edəcək yarışlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək. Çempionatda iştirakçılar nizə atma, hündürlüyə tullanma, uzunluğa tullanma, üç təkanla tullanma, lövhə atma, nüvə itələmə, 100 metr,  200 metr, 400 metr, 800 metr, 1500 metr və 3000 metr məsafəyə qaçış növləri üzrə yarışacaqlar.

Nəzərinizə çatdıraq ki, Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş yarışlarda 120-dən çox idmançının iştirakı nəzərdə tutulub.

Müəllif: Orxan NOVRUZOV