U-15 Azərbaycan çempionatı keçiriləcək

ESTAFET/ İyunun 7-dən 10-dək Şağan Olimpiya İdman Kompleksində ilk U-15 Azərbaycan çempionatı keçiriləcək.

Yarışın ilk 2 günündə sərbəst güləşçilər mübarizə aparacaq. Növbəti 2 gündə isə yunan-Roma güləşçiləri çıxış edəcək. Hər gün 5 çəki üzrə qaliblər müəyyənləşəcək. Görüşlər saat 10:30-da başlayacaq. İyunun 7-də saat 16:00-da ilk dəfə keçiriləcək çempionatın açılış mərasiminin başlanması nəzərdə tutulub.

Qeyd edək ki, çempionatın nəticələrinə əsasən, U-15 yaş qrupu üzrə milli komandaların heyəti formalaşacaq. Yığmalarımız Avropa çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışı keçdikdən sonra qitə birinciliyinə ezam olunacaq. U-15 Avropa çempionatı iyulun 16-dan 19-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.

Müəllif: Natiq NƏSİROV