II turun oyunları davam edir: Millətlər Liqası

ESTAFET/ Futbol üzrə UEFA Millətlər Liqasında II turun oyunları davam edir. Bu gün daha 7 oyun keçiriləcək.

4 müxtəlif liqanın hərəsində bir qrupun matçı baş tutacaq. Əsas diqqətlər A liqasına yönələcək.

İlk turda sensasiyaya imza atan Avstriya ilə Danimarka birincilərin meydanında üz-üzə gələcək. Son dünya çempionatının finalçıları Fransa ilə Xorvatiyanın duelinə sonuncular ev sahibliyi edəcək.

A liqası, 1-ci qrup
22:45. Avstriya - Danimarka
22:45. Xorvatiya – Fransa

B liqası, 2-ci qrup
22:45. İslandiya - Albaniya

C liqası, 3-cü qrup
22:45. Belarus – Azərbaycan
22:45. Slovakiya – Qazaxıstan

D liqası, 1-ci qrup
20:00. Latviya - Lixtenşteyn
22:45. Andorra - Moldova

Müəllif: Natiq NƏSİROV