Boksçularımız Qoridə beynəlxalq turnirdə iştirak edəcək

ESTAFET/ İyunun 16-da Gürcüstanın Qori şəhərində Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə gənc boksçular arasında ənənəvi beynəlxalq turnir start götürəcək. 4 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Yığmamız Qoridəki turnirdə baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında 14 boksçu ilə təmsil olunacaq. Məşqçilər korpusu yarışda Kənan Babayev (48 kq), Amin Məmmədzadə, Tural Sarıyev (hər ikisi 51 kq), Kamil Babayev, Mahir Süleymanov (hər ikisi 54 kq), Bayramov Arif, Mətin Məmmədov (hər ikisi 57 kq), Taci Tağızadə (60 kq), Səid Abdullayev (67 kq), Sənan Hətəmov (71 kq), Rza Rzazadə (75 kq), Aslan Mövsümov (86 kq), Rəşid Məmmədov (92 kq) və Səbuhi Əlizadəyə (+ 92 kq) şans verəcək.

Gürcüstanda görüşləri idarə edəcək referilər arasında həmyerlimiz, beynəlxalq dərəcəli hakim Anar Nağdıyev də yer alacaq.

Qoriyə bu gün yollanacaq boksçularımız iyunun 19-da Vətənə qayıdacaqlar.

Qeyd edək ki, yarış gənclərdən ibarət dünya birinciliyinə hazırlıq xarakteri daşıyır.

Müəllif: Natiq NƏSİROV