Matteo Pellikone turnirinə yekun vurulub

ESTAFET/ İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikonenin xatirəsinə keçirilən reytinq turnirinə yekun vurulub. 

Sərbəst güləşçilərimiz reytinq turnirində 9 medal qazanıb. Əliabbas Rzazadə (57 kq), Coşqun Əzimov (70 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurmaqomedov (92 kq) qızıl, Murad Yevloyevlə (70 kq) Turan Bayramov (74 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq) və Xadjimurad Qadjiyev (74 kq) isə bürünc medal əldə edib.

Azərbaycan 159 xalla komanda hesabında 1-ci yeri tutub. Gürcüstan 145 xalla 2-ci, Türkiyə isə 114 xalla 3-cü pillədə qərarlaşıb.

Müəllif: Natiq NƏSİROV