Cüdoçularımız Zaqreb Qran Pri 2022 turnirində iştirak edəcəklər

İyulun 15-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Qran Pri turniri start götürür. Üç gün davam edəcək turnirdə dünyanın 69 ölkəsindən 520 idmançı iştirak edəcək.

Mötəbər yarışda performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılovun rəhbərliyi altında Azərbaycan milli yığma komandası 14 cüdoçu ilə iştirak edəcək.

Kişilər:

-60 kq.

Kəramət Hüseynov

-66 kq.

Orxan Səfərov

Yaşar Nəcəfov

-73 kq.

Rüstəm Orucov

Hidayət Heydərov

-81 kq.

Səid Mollayi

Zelim Tckayev

-90 kq.

Məmmədəli Mehdiyev

-100 kq.

Elmar Qasımov

+100 kq.

Uşanqi Kokauri

Qadınlar:

-48 kq.

Leyla Əliyeva

-52 kq.

Gültac Məmmədəliyeva

-63 kq.

Aytac Qardaşxanlı

-70 kq.

Südabə Ağayeva

Müəllif: Natiq NƏSİROV