ŞAHMAT ÜZRƏ AÇ 2017: VI TUR

ESTAFET/ Belarusun paytaxtı Minsk şəhərində mükafat fondu 100 min avro olan şahmat üzrə kişilər arasında fərdi Avropa Çempionatı davam edir. 38 ölkədən 397 şahmat ustası qitənin ən güclü şahmatçısını müəyyən etmək üçün mübarizə aparır. Yarışda İsveçrə sistemi ilə 11 tur oynanılacaq. Azərbaycanı çempionatda 9 şahmatçı təmsil edir.

 

Bu gün yarışda altıncı turun oyunları oynanılıb. Təmsilçilərimizin bu turdakı rəqiblərini və nəticələrini təqdim edirik.

 

Rauf Məmmədov - Aleksey Fyodorov (BLR, 2598) 1:0

Eltac Səfərli - Mika Karttunen (FIN, 2465) 1:0
Nils Qrandelius (SWE, 2665) - Nicat Abbasov 0,5:0,5
Vüqar Əsədli - Emilian Parliqras (ROU, 2607) 0:1 
Stanislav Kovalevski (BLR, 2139) - Orxan Abdulov 0:1
Rəvan Əliyev - Burak Fırat (TUR, 2499) 0:1

Nərmin Xələfova - Darya Pustovaytova (RUS, 2420) 0:1

Kənan Qarayev - Semyon Yelistratov (RUS, 2417) 0,5:0,5

Arkadiy Naydiç - Zdenko Kozul (CRO, 2617) 0,5:0,5

 

Qeyd edək ki, çempionatın sonunda ilk 22-likdə qərarlaşan şahmatçılar bu il Batumidə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanacaqlar.