Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının bağlanış mərasimi baş tutdu

Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının son günü təntənə ilə qeyd olunub. Hava şəraiti ilə əlaqədar bağlanış mərasimi qapalı ərazidə keçirilib.

Tədbirdə çıxış edən Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos yarışlarla dolu həftə ərzində idmançıların nümayiş etdirdiyi bir sıra unudulmaz çıxışları xatırlatdı. “Banska Bistrıtsada fantastik həftə oldu, çünki biz Avropa gənclərini böyük ürəkli kiçik bir şəhərdə yaxşı təşkil olunmuş yarışlarda bir araya gətirə bildik”.

Kapralos çıxışında “Gənc səfirlər” proqramının iştirakçılarına və könüllülərə xüsusi təşəkkür etdi. Bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı Nazənin Teymurova (gimnastka) oldu. İdmançılarımız EYOF 2022-də ümumilikdə cüdo üzrə 2 qızıl, 4 gümüş və 1 bürünc medala sahib olduq.

Müəllif: Natiq NƏSİROV