Şahmat Olimpiadası: Azərbaycan yığmalarından üçüncü qələbə

Kişi və qadınlardan ibarət Azərbaycan yığmaları Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçiriblər.

Kişilərdən ibarət yığma III turda Argentina seçməsi ilə qarşılaşıb. Komandanın heyətində Şəhriyar Məmməmdyarov və Rauf Məmmədov rəqiblərini məğlub edib, Nicat Abbasov ilə Qədir Hüseynov heç-heçə edib. Beləliklə, millimiz görüşü 3:1 hesablı qələbəylə başa vurub.

Qadınlar isə Yunanıstanı yenib - 2,5:1,5 . Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqibləri ilə heç-heçə ediblər. Yeganə qalibiyyəti isə Gövhər Beydullayeva əldə edib.

Ümumdünya Şahmat Olimpiadası

Kişilər

III tur

Azərbaycan - Argentina 3:1

Şəhriyar Məmmədyarov - Fernando Peralta 1:0

Rauf Məmmədov - Federiko Peres 1:0

Qədir Hüseynov - Leandro Kris 0,5:0,5

Nicat Abasov - Dieqo Flores 0,5:0,5

Məmmədyarovla Hüseynov ağ, Məmmədov və Abasov qara fiqurlarla oynayıb.

Qadınlar

III tur

Azərbaycan - Yunanıstan 2,5:1,5

Günay Məmmədzadə - Stavrula Tsulakidu 0,5:0,5

Xanım Balacayeva - Anastasiya Avromidu 0,5:0,5

Gövhər Beydullayeva - Yekaterina Pavlidu 1:0

Gülnar Məmmədova - Haritomeni Markontonaki 0,5:0,5

Məmmədzadə və Beydullayeva ağ, Balacayeva ilə Məmmədova qara fiqurlarla mübarizə aparıb.

İlk iki turda kişilər Əlcəzair (4:0) və Filippini (3:1) yenib. Qadınlar isə Birləşmiş Ərəb Əmirlikləri və Finlandiyanı "quru hesab"la üstələyib.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yarış avqustun 10-da başa çatacaq.

Fanat.Az

Müəllif: Natiq NƏSİROV