HALEP FİNALDA OSTAPENKO İLƏ QARŞILAŞACAQ: ROLAND GARROS
ESTAFET/ Parisdə tennis üzrə Böyük Dəbilqə seriyasının ikinci mərhələsi olan French Open (Roland Garros) turnirində bugün keçirilən iki oyunun yekununda qadınların mübarizəsində finalçıların adları bəlli olub.
Baçinski (İsveçrə) üzərindəki 2:1 (7:6, 3:6, 6:3) hesablı qələbə latış Yelena Ostapenkonu finala çıxarıb.
Ostapenkonun finaldakı rəqibi az öncə keçirilən görüşdə çex Karolina Plişkovanı eyni hesabla (6:4, 3:6, 6:3) məğlub edən rumın Simona Halep olub.
Final görüşü iyunun 10-da Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.