Maribor-2023: bu gün atletlərimiz 2 idman növündə qüvvəsini sınayacaqlar

Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalı davam edir. Festivalın altıncı günündə Azərbaycan idmançıları 2 idman növündə mübarizə aparacaqlar.
Tennis yarışlarında 3, cüdoda isə 2 idmançımız qüvvəsini sınayacaq.
28 iyul
Tennis
11:30. Mədinə Babayeva
14:00. Nazim Məlikov, Tamerlan Kərimov
Cüdo
12:00. Aslan Kotsoyev (-90 kq), Ramazan Əhmədov (-73 kq).
