Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 11-ci Baş Assambleyasıının iclası keçirildi
7 avqust 2022-ci il tarixində Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 11-ci Baş Assambleyasıının iclası keçirildi. Tədbirdə 5-ci İslam Həmrəyliyi İslam Oyunlarının iştirakçı bütün Olimpiya Komitələri təmsil olunurdu.
Türkiyə Cümhuriyyətinin Gənclər və İdman naziri Mehmet Muharrem KASAPOĞLU, İslam Əməkdaşlıq Təşkilatının rəsmi səfiri Tariq Ali BAKHEET və İSSF-in Prezidenti Zat Alliləri Şahzadə Abdulaziz Bin Turki Al Faisal Al Saudun rəsmi çıxışlarından sonra Konya 2022 Əməliyyat Komitəsinin hesabatı təqdim edilb. Daha sonra İSSF-in nizamnaməsinə olan dəyişikliklər haqda məlumat verilib və məsələnin daha geniş şəkildə 8 avqust tarixində təşkil ediləcək seminarda müzakirə ediləcəyi bildirilib.
Günün sonunda Konya 2022 İslam Ölkələri İdman Paytaxtına dair tərəflər arasında imzalama mərasimi baş tutub.
Baş Assambleyada Azərbaycanı MOK-un vitse prezidenti və İSSF 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və Beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov təmsil edib.