Fərid Qayıbov Somalinin gənclər və idman naziri ilə görüşdü

ESTAFET/ Dekabrın 6-da gənclər və idman naziri Fərid Qayıbov Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun xüsusi qonağı olan Somalinin gənclər və idman naziri Mohamed Abdulkadiri qəbul edib.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

