DÇ: 15 taekvondoçudan heç biri medal qazana bilmədi
Azərbaycanın gənc taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan dünya birinciliyində çıxışını başa vurub.
Mundiala 15 nəfərlik heyətlə qatılan yığma üzvlərindən heç kim medalçılar sırasına düşə bilməyib.
Qeyd edək ki, avqustun 2-də start götürən və 800-dən artıq taekvondoçunun qatıldığı dünya çempionatında Azərbaycanı oğlanlar arasında Xıdır Məmmədov (45 kq), Pünhan Mürsəlov (48 kq), İslam Əhmədzadə (51 kq), Kənan Əmiraslanov (55 kq), Fərid Əliyev (59 kq), Nizami Hacıyev (63 kq), Xan Məmmədzadə (68 kq), Vaqif Hacıyev (73 kq), İsmət İsrafilzadə (78 kq), qızlardan isə Zemfira Həsənzadə (42 kq), Səlimə Quliyeva (44 kq), Nərgiz Kazımova (46 kq), Səmməruh Osmanova (49 kq), Leyla Bəşirova (52 kq) və Fatimə Həsənova (55 kq) təmsil edib.
fanat.az