Kamran Mirzəxanov “Beveren-Belgium” yarışında uğurla mübarizə aparıb

Qarşıdan gələn dünya çempionatına hazırlıq məqsədilə Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Belçikanın “Cannibal Team” velosiped klubunun tərkibində 40 günlük təlim-məşq toplanışında olan gənc oğlanlardan ibarət Azərbaycan yığma komandasının üzvü Kamran Mirzəxanov bu ölkədə 19 yaşadək idmançılar arasında keçirilən “Beveren-Belgium” yarışında iştirak edib.

Yarışın nəticələrinə əsasən, 70 idmançının qatıldığı mübarizədə velosipedçimiz 13-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, K.Mirzəxanov hazırlıq prosesi çərçivəsində bir neçə ölkədə keçiriləcək Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planına daxil edilmiş, həmçinin Belçikada yerli status daşıyan yarışlarda iştirak edəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV