Güləşçilərimiz U-20 dünya çempionatında iştirak edəcək

Sabah Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə U-20 dünya çempionatı start götürəcək.

Avqustun 21-dək davam edəcək mundialda hər 3 güləş növü üzrə millilərimiz iştirak edəcək.

Məsul yarışın ilk 3 günündə böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaq. Heyətdə Nurəddin Novruzov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Zirəddin Bayramov (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Soslan Tigiyev (79 kq) və Səbuhi Əmiraslanov (86 kq) yer alıb.

Avqustun 17-19-da qadın güləşçilər xalçaya çıxacaq. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında ölkəmizi Gültəkin Şirinova (50 kq), Əsmər Canqurtaran (53 kq), Elnurə Məmmədova (55 kq), Birgül Soltanova (62 kq), Mərziyə Sadıqova (65 kq) və Nigar Mirzəzadə (68 kq) təmsil edəcək.

Çempionatın son 3 günündə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Nihad Quluzadə (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Kənan Abdullazadə (67 kq), Qurban Qurbanov (72 kq), Xasay Həsənli (77 kq), Rauf Əliyev (82 kq) və Laçın Vəliyev (87 kq) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Tural Əliyev ədaləti qoruyacaq.

Müəllif: Natiq NƏSİROV