Bakı Gənclər Mərkəzinin üzvləri üçün Respublika Velotrekinə infotur təşkil edilib

Avqustun 17-də Respublika Velotrekinə gənclər üçün növbəti infotur keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə baş tutan infoturda Bakı Gənclər Mərkəzinin 20-dən çox üzvü iştirak edib.
Respublika Velotrekinin direktoru Tamerlan Salahov və AVF-nin üzvü Səhər Mehman gəncləri idman qurğusu ilə yaxından tanış ediblər.
Qonaqlar yarış treki, BMX meydançası, velosiped boksları, fitnes zalı və velosipedə aid muzeydə olublar. Onlara velosiped idman növü, təhlükəsizlik qaydaları, həmçinin Azərbaycan Velosiped Federasiyasının fəaliyyəti haqda məlumatlar verilib.
Peşəkar idmançıların məşqlərini izləyən gənclər mütəxəssislərin nəzarətində velosiped sürüblər.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Respublika Velotrekinə müxtəlif gənclər təşkilatlarının üzvləri üçün davamlı olaraq infoturlar təşkil olunur.
