"Qırmızı Şeytanlar" "Old Trafford"da "Liverpul"u məğlub etdi

Keçirdiyi ilk iki Premyer Liqa matçında məğlub olan "Mançester Yunayted" doğma meydanda çempionluğa iddialı "Liverpul"u qəbul edib. Oyuna fəal başlayan meydan sahibləri artıq 16-cı dəqiqədə istəyinə nail olub. Ceydon Sanço fərdi ustalığı sayəsində topu uzaq küncə göndəriib. Vurulan qoldan sonra hücumda yaxşı təsir bağışlayan Erik Ten Haq'ın yetirmələri fasiləyə kimi hesab arasındakı fərqi artırmağa bir neçə dəfə yaxın olsalarda fasiləyə kimi qapılara başqa qol vurulmayıb. İkinci hissənin başlanğıcında rəqibini əks-hücumda yaxalayan "Mançester Yunayted" Markus Reşford'un dəqiq zərbəsi ilə hesabı 2:0 edib. Qonaqların gücü yalnız bir qolun əvəzini çıxmağa yetib. 81-ci dəqiqədə Məhəmməd Salah adını tabloya yazdırıb 2:1. Bu qələbə sayəsində "Mançester Yunayted" ilk üç xalını aktivinə yazdırıb.
Pərvin Bayramov
