"ROSBERQDƏNSƏ BOTTAS YAXŞIDI" - HEMİLTON
ESTAFET/ Mercedes komandasının sürücüsü Lyuis Hemilton bildirib ki, yeni komanda yoldaşı Valtteri Bottas əvvəlki komanda yoldaşı Rosberqə nisbətən daha sakit adamdır.
Rosberq və Hemilton 2013-2016-cı illərdə komanda yoldaşı olmuş və cütlük arasındakı münasibət son həddə çatmışdı. İki sürücü 2014-2016-cı illərdə çempionluq uğrunda mübarizə aparmış və bunların ikisində Hemilton qalib gəldiyi halda, keçən il Rosberq xoşbəxt sonluğa çatmışdı.
Lakin almaniyalı sürücü 2016-cı ildə Dünya Çempionu titulunu qazandıqdan sonra istefa verərək, karyerasını başa vurmuşdu. Mercedes komandası onun əvəzinə Valtteri Bottasla müqavilə bağlamışdı. Finlandiyalı sürücü ilk 7 yarışdan sonra Hemiltonla yaxşı yola gedir.
Lyuis Hemilton: “Kanadada etdiyim dubl Niko ilə etdiyimiz dubllardan daha yaxşıdır. Valtteri indiyə qədər məni çox dəstəkləyib və peşəkarlıq cəhətdən də fərqli səviyyədəyik. Komanda olaraq yaxşı nəticələrə fokuslanmışıq. Əgər o öndə olsa, mən onu dəstəkləyəcəm və ona kömək edəcəm”.