Formula 1 tranzaksiyalarda 77% artıma səbəb olub

Qonaqlama və qidalanma sektorları Formula 1-də ən önəmli sahələr kimi ortaya çıxsa da, Böyük Britaniyadan olan ziyarətçilərin marağı xüsusilə diqqətəlayiq olub. Bu il ən böyük artım Böyük Britaniyadan olan turistlərin qismində qeydə alınıb, lakin ümumi xərclərə ən çox töhfə verən ölkə Türkiyə olub. Eyni zamanda, Bakı özünün cəlbedici paytaxt şəhəri mövqeyini daha da möhkəmləndirib.

Mastercard tərəfindən aparılan təhlil Azərbaycanda keçirilən 2024 Formula 1 Qran Prisi zamanı turist xərclərinin yaratdığı əhəmiyyətli iqtisadi qazancı önə çəkir. Məlumatlarda xüsusilə xərclərdə kəskin artım və onun gətirdiyi iqtisadi faydaları qeyd edilir. Bu nəticələr Azərbaycanın yüksək səviyyəli beynəlxalq tədbirlər zamanı artan turistik cazibədarlığını əks etdirir və bu tədbirlərin yerli bizneslərə və ümumi iqtisadiyyata müsbət təsirini vurğulayır.

Formula 1 həftəsi ərzində Azərbaycana gələn turistlərin sayında 2023-cü ilin eyni həftəsi ilə müqayisədə demək olar ki, iki dəfə və ya 40% artım qeydə alınıb. Bu turizm bumu müxtəlif sektorlar üzrə tranzaksiya həcmlərinin və xərclərin əhəmiyyətli artımına səbəb olub.

Ümumilikdə, tranzaksiya həcmləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 77%, əvvəlki Formula 1 həftəsi ilə müqayisədə isə 24% artıb. Xüsusilə, Bakıdan kənar bölgələrdə tranzaksiya həcmlərində 241% artım müşahidə olunub ki, bu da geniş iqtisadi faydaların paytaxtın hüdudlarından kənara çıxdığını göstərir.

Formula 1 Qonaqlama və Qidalanma Xidmətlərinin İnkişafına Təkan Verir

Formula 1 həftəsində bir neçə əsas sektorda əhəmiyyətli artım müşahidə edilib:

- Qonaqlama və qidalanma xidmətləri ən çox artım göstərən sahələr arasında olub. Tranzaksiya həcmləri iki dəfədən çox artaraq, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100%-dən çox artım nümayiş etdirib. Bununla belə, əvvəlki Formula 1 həftəsi ilə müqayisədə qonaqlama sektorunun ümumi xərclərdəki payı 5% azalıb, bu da xərclərin müxtəlif sektorlara daha bərabər paylandığını göstərir.

- Geyim və pərakəndə satış sektorunda da əhəmiyyətli artım qeydə alınıb və xərclər 2023-cü ilin eyni həftəsi ilə müqayisədə 64% artıb. Yerli bazarlarda alış-verişdə 29% artım olub.

- Tranzaksiya dəyərləri ümumi artımı əks etdirib, xüsusilə qonaqlama və qidalanma sektorlarında ziyarətçilərin daha yüksək qiymətli məhsullara üstünlük verməsi səbəbindən daha böyük alqı-satqı əməliyyatları müşahidə edilib.

Beynəlxalq Turistlər İqtisadi Fəaliyyətə Güc Qatır: Formula 1-ə Böyük Britaniya Marağı

Formula 1 həftəsi zamanı Azərbaycanın əsas turizm məkanı kimi mövqeyi beynəlxalq turistlərin xərcləmə vərdişləri ilə daha da möhkəmləndi. Böyük Britaniya, Türkiyə, Qazaxıstan, Almaniya və Gürcüstandan olan turistlər iqtisadi təsirin artırılmasında mühüm rol oynadılar. Ümumiləşdirsək, Türkiyə və Qazaxıstandan olan turistlər ən çox geyim sektoru, Böyük Britaniyadan olan turistlər restoranlar, almaniya və gürcü turistlər isə qonaqlama sektoru xidmətləri üçün daha çox xərcləyiblər:

- Böyük Britaniyadan olan turistlər əsas göstəricilərdə böyük pay sahibi olublar və 2023-cü ilin eyni dövrü ilə müqayisədə Formula 1 həftəsində xərclərini üç dəfə artırıblar. Qidalanma ilə bağlı tranzaksiyaları 275% artaraq üç dəfə çoxalıb, qonaqlama sektorunda isə xərcləri isə 5 dəfədən çox (440%) artıb.

- Türkiyəli turistlər ümumi xərclərin 23%-ni təşkil edərək, geyim sektorunda xərclərini iki dəfədən çox (145%) artırıb. Bundan əlavə, onların geyim sektorunda ortalama $100-dan çox alış-veriş ediblər.

- Qazaxıstan turistləri geyim sektorunda xərclərini dörd dəfədən çox (305%) artırıblar, qidalanma sektorunda xərcləri isə iki dəfədən çox (165%) artıb. Geyim sektorunda onların alış-veriş həcmi azalıb ki, bu da xərcləmə vərdişlərinin dəyişdiyini göstərir.

- Alman turistlər əsasən qonaqlama sektoruna meyl ediblər və xərclərini iki dəfədən çox (125%) artırıblar. Onların geyim sektorunda qeydə alınan xərcləri 20% daha çox olub.

- Gürcüstandan gələn turistlər qidalanma sektorunda daha böyük xərcləmələr edərək və tranzaksiyaları iki dəfədən çox (151%) artırıb. Onların qonaqlama xidmətlərinə çəkdikləri xərc ortalama $200-dan çox olub ki, bu da premium xidmətlərə daha çox müraciət etdiklərini göstərir.

Bakı Yüksələn İqtisadi Mərkəz Kimi

Formula 1 həftəsində Bakı iqtisadi fəaliyyətin əsas mərkəzi olaraq qalsa da, ən nəzərəçarpan dəyişikliklər paytaxtdan kənar bölgələrdə müşahidə olunub. Bu bölgələrdə tranzaksiya həcmləri əhəmiyyətli dərəcədə - 241% artıb və əvvəlki illərlə müqayisədə ümumi xərclərdə daha böyük paya sahib olub. Bu regional artım Formula 1 kimi böyük tədbirlərin əsas şəhər mərkəzlərinin kənarındakı bizneslər üçün də imkanlar yaratdığını nümayiş etdirir.

Mastercard-ın İqtisadi İnkişafdakı Rolu

Qlobal ödənişlər sənayesinin əsas oyunçusu kimi Mastercard, Azərbaycanın ödəniş ekosistemində artım və innovasiyanı dəstəkləməyə davam edir. Şirkətin Azərbaycanın rəqəmsal infrastrukturuna davamlı dəstəyi həm bizneslərin, həm də istehlakçıların təhlükəsiz, səmərəli və rahat ödəniş həllərindən faydalanmasını təmin edir. Formula 1 tədbiri zamanı əldə olunan mühüm nəticələr Mastercard-ın Azərbaycanın tam iqtisadi potensialını açmasına kömək etmək öhdəliyini bir daha nümayiş etdirir.

_______________________________________

* Bu press relizdə təqdim olunan məlumatlar Mastercard-ın eksklyuziv tranzaksiya məlumatlarına əsaslanır və qeyd olunan dövr ərzində Bakıda həyata keçirilən onlayn və ya oflayn tranzaksiyaların tam miqyasını əks etdirmir.

Müəllif: Natiq NƏSİROV