Şahmatçımız Ayan Allahverdiyeva gümüş medal qazanıb

Rumıniyanın Mamaya şəhərində 14,16 və 18 yaşlılar arasında şahmat üzrə dünya birinciliyi keçirilib.

Şahmatçımız Ayan Allahverdiyeva 18 yaşlı qızların yarışında gümüş medal qazanıb. Digər təmsilçilərimiz Nərmin Abdinova, Şiroğlan Talıbov və Xəzər Babazadə müxtəlif kateqoriyalarda ilk onluqda qərarlaşıb.

Qeyd edək ki, şahmatçılarımız sonuncu dəfə 18 yaşlıların dünya çempionatında 2013-cü ildə medala layiq görülüb. Həmin il Səbinə İbrahimova üçüncü yeri tutub.

Müəllif: Natiq NƏSİROV