Yeniyetmə və gənc samboçularımız Avropa birinciliyində 6 medal qazanıblar
Azərbaycan samboçuları Serbiyanın Novi Sad şəhərində yeniyetmə və gənclər arasında keçirilən Avropa birinciliyində 6 medal qazanıblar.
Ümumilikdə ölkəmizi bu idman tədbirində 19 idmançı təmsil edir. Bu idman tədbirində 27 ölkədən idmançılar qatılıb.
Yeniyetmələr arasında Gülməmmədov Musaxan 64 kq gümüş, Babazadə Kərəm 71 kq bürünc, İbrahimov Toğrul 79 kq bürünc, Məcidli Orxan +98 kq bürünc medala sahib olublar.
Gənclərin yarışında mübarizə aparan samboçularımızdan isə Elvin Bağırov (64 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər.
Millimizin üzvü Mirfəttah Seyidəliyev (64 kq) idman sambosu yarışlarında bürünc medal qazanıb.
Sentyabrın 18-də Mehman Xəlilov (58 kq), Emil Həsənov (71 kq), Ramil Vəliyev (79 kq), Ceyhun Hüseynov (88 kq), Nəbi Məmmədov (98 kq) və Toğrul Salmanov (+98 kq) güclərini sınayacaqlar.