“Napoli” İtaliya futbolunun tarixinə düşdü

ESTAFET/ "Napoli" İtaliya futbolunun tarixinə düşüb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytının xəbərinə görə, Luçano Spalettinin baş məşqçi olduğu komanda buna UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Niderlandda "Ayaks"ı 6:1 hesabı ilə məğlub etdikləri səfər oyununda nail olub.

Neapollular qitənin bir nömrəli klub turnirində səfər matçında 6 qol vuran ilk İtaliya təmsilçisi olub. İndiyə qədər bu ölkənin heç bir kollektivi bunu bacarmamışdı.

"Napoli" qrup mərhələsində keçirdiyi görüşlərin hamısında qələbə qazanıb. Komanda 9 xalla A qrupunun vahid lideridir.

Müəllif: Orxan NOVRUZOV