Tovuzda "Gənclər Paytaxtı" çərçivəsində əlilliyi olan gənclər və qazilərin iştirakı ilə veloyürüş keçirilib

ESTAFET/ Tovuz 2022-ci il üçün Azərbaycanın “Gənclər Paytaxtı” çərçivəsində əlilliyi olan gənclər və qazilərin iştirakı ilə inklüziv veloyürüş həyata keçirilib.

Əsas məqsədi əlilliyi olan gənclərin para-velosiped idman növünə cəlb edilməsi vasitəsilə onların cəmiyyətə inteqrasiyasına, özünəinam hisslərinin artırılmasına, şəxsi inkişafının və psixoloji vəziyyətlərinin barpa olunmasına, sağlam həyat tərzinin təbliği ilə bağlı biliklərinin artırılmasına töhvə vermək və reabilitasiyalarına şərait yaratmaqdan ibarət olan "Biz Birik - İnklüziv və sağlam həyat" layihəsinin davamı olaraq Tovuz 2022-ci il üçün Azərbaycanın “Gənclər Paytaxtı” çərçivəsində 28 oktyabr 2022-ci il tarixdə Tovuz rayonun mərkəzində inklüziv veloyürüşün həyata keçirildi.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini dəstəyi və Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyini təşkilatçılığı ilə baş tutan yürüşdə bir qismi vətən müharibəsi qazisi və ümumi səbəblərdən əlilliyi olan 40-dan çox gənc iştirak edib.

Finiş nöqtəsində yürüş iştirakçılarını təntənə ilə qarşılayan Tovuz rayonu Olipmiya İdman Kompleksində fəaliyyət göstərən idmançılar daha sonra vətənpərvər musiqilər sədasında öz idman çıxışlarını təqdim ediblər. Öz növbəsində layihənin əhəmiyyətindən danışan qonaqlar layihənin Tovuz 2022-ci il üçün Azərbaycanın “Gənclər Paytaxtı” çərçivəsində Tovuz rayonunda keçirilməsini alqışlayaraq təşkilatçılara təşəkkürlərini bildiriblər.

26 və 27 oktyabr 2022-ci il tarixlərində Nəzəri və praktiki hissədən ibarət olan təlimdə iştirak etmiş iştirakçılara sertifikatlar təqdim edilib, xatirə şəkilləri çəkdiriblər.

Müəllif: Bəhruz MƏMMƏDOV