ŞAHMATÇILARIMIZ MƏĞLUB OLDU - V TUR
ESTAFET/ Xantı-Mansıysk (Rusiya) şəhərində keçirilən şahmat üzrə komandalararası Dünya Çempionatı davam edir. Çempionatda Azərbaycandan yalnız qadın komandamız FIDE-nin nominantı qismində iştirak edir.
Bu gün çempionatda 5-ci turun oyunları keçirilib və şahmatçılarımız Vyetnam komandası ilə qarşılaşıblar. Görüş Vyetnamın 2,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb.
Thi Bao Hoang (2380) - Zeynəb Məmmədyarova (2289) 1:0
Günay Məmmədzadə (2368) - Thi Kim Vo (2378) 0,5:0,5
Thi May Nquen (2301) - Gülnar Məmmədova (2362) 1:0
Ülviyyə Fətəliyeva (2341) - Fuonq Han Luonq (2208) 1:0
Turnir cədvəli: 1-2. Ukrayna, Rusiya - 8 xal, 3. Hindistan - 7 xal, 4-5. Çin, Polşa - 6 xal, 6-8. AZƏRBAYCAN, Gürcüstan, Vyetnam - 4 xal, 9. ABŞ - 3 xal, 10. Misir - 0 xal
Kişilərin mübarizəsində bu tur aşağıdakı görüşlər keçiriləcək.
ABŞ - Belarus 2:2
Misir - Hindistan 1,5:2,5
Türkiyə - Çin 2:2
Ukrayna - Polşa 1:3
Rusiya - Norveç 3:1
Turnir cədvəli: 1. Rusiya - 9 xal, 2-3. Polşa, Çin - 8 xal, 4. Türkiyə - 7 xal, 5-7. Ukrayna, Hindistan, ABŞ - 4 xal, 8-9. Norveç, Belarus 2 xal, 10. Misir - 1 xal