Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
İLKİN ŞAHBAZOVDAN AÇIQ DƏRSLƏR -
İLKİN ŞAHBAZOVDAN AÇIQ DƏRSLƏR

ESTAFET/ Müxtəlif tədbirlər və master klassların təşkil edildiyi Heydər Əliyev Mərkəzinin parkında taekvondo idman növü üzrə dərslər keçiriləcək.

 

25 iyun 2017-ci il tarıxində saat 10:00-da başlanacaq dərslər 2 dəfə Avropa çempionu, Dünya kubokunun bürünc mükafatçısı, 12 dəfə respublika çempionu və müxtəlif beynəlxalq turnirlərin mükafatçısı əməkdar idman ustası İlkin Şahbazov tərəfindən keçiriləcək.

 

Tədbirə giriş sərbəstdir, yaş həddi isə 5-16 yaş arasıdır. İştirak etmək arzusunda olanlar taekvondo formasında (doboq) qoşula bilərlər.