POULU LEKLER QAZANDI - FORMULA 2

ESTAFET/ Bildiyiniz kimi, Formula 1 yarışları ərəfəsində Formula 2 yürüşləri də keçirilir. Bu yarış nisbətən aşağı kateqoriya hesab edilir və adətən Formula 1 üçün pilotların hazırlanmasına xidmət edir.

 

Bu gün keçirilən sıralama yarışında Ferrari Sürücü Akademiyasının sürücüsü Şarl Lekler 1:52.129 vaxt göstəricisi ilə Nobuharu Matsuşita və Nikolas Latifini qabaqlayaraq ardıcıl 4-cü dəfə poul qazanıb.