Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
"Hər matç bizim üçün çox vacibdir": - Emin Mahmudov
"Hər matç bizim üçün çox vacibdir": Emin Mahmudov

ESTAFET/ Azərbaycan millisinin futbolçusu Emin Mahmudov səfərdə Şimali Makedoniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında çıxış edib. 

30 yaşlı yarımmüdafiəçi qalibiyyətlərin oyunçulara inam verdiyini bildirib: 

"Qazandığımız qələbələr barədə danışmırıq. Hər matç bizim üçün çox vacibdir".

Qeyd edək ki, noyabrın 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Azərbaycan yığması ilk yoldaşlıq matçında Moldova seçməsinə 2:1 hesabı ilə qalib gəlib.

Müəllif: Bəhruz MƏMMƏDOV