Dünya çempionatının estafeti Bakıya ötürüldü

ESTAFET/ Meksikanın Qvadalaxara keçirilən dünya çempionatının bağlanış mərasimində Dünya Taekvondo Federasiyasının bayrağı Azərbaycan nümayəndə heyətinə təqdim olunub.

Bayrağı ATF-nin vitse-prezidenti Nağı Səfərov qəbul edib.

Beləliklə, mundialın estafeti Bakıya ötürülüb. Paytaxtımızdakı dünya çempionatının gələn ilin noyabr ayında təşkil olunması planlaşdırılır.

Xatırladaq ki, mundiala 8 nəfərlik heyətlə qatılan Azərbaycan millisi çıxışını bir bürünc medalla başa vurub. Yeganə mükafatı Cavad Ağayev (68 kq) qazanıb.

Müəllif: Natiq NƏSİROV