7 federasiya “One Love”dan imtina etdi: DÇ-2022

ESTAFET/ İngiltərə, Uels, Belçika, Danimarka, Almaniya, Niderland və İsveçrə FIFA-nın xəbərdarlığından sonra DÇ-2022-də “One Love” yazılan kapitanlıq sarğısı taxmaqdan imtina ediblər.
Bu barədə sözügedən ölkələrin federasiyaları birgə bəyanat yayıblar.
Bəyanatda bildirilib ki, qərar barədə milli komandaların kapitanları da məlumatlandırılıb:
“FIFA açıq şəkildə bildirdi ki, kapitanlarımız meydançada göy qurşağı sarğısı taxarsa, idman sanksiyaları tətbiq ediləcək. Milli federasiyalar olaraq biz futbolçularımızı idman sanksiyaları, o cümlədən xəbərdarlıqlarla üzləşə biləcək vəziyyətə sala bilmərik. Ona görə də, kapitanlardan dünya çempionatı oyunlarında onları geyinməmələrini xahiş etdik”.
Bəyanatda federasiyaların FIFA-nın hərəkətlərindən məyus olduqları və “One Love”ni başqa yollarla dəstəkləyəcəkləri vurğulanıb.
Qərara əsasən, kapitanlar meydana “One Love” kapitanlıq sarğısında çıxsalar, oyunun startından əvvəl sarı vərəqə alacaqlar.
