Məşhur azərbaycanlı sirk ustası Messiyə səsləndi - FOTOLAR

ESTAFET/ Hal-hazırda ABŞ-da yaşayan və fəaliyyət göstərən dünyaca məşhur sirk ustası Üzeyir Novruzov şəxsi sosial media hesabları üzərindən maraqlı paylaşım edib.
Bu gün Qətər 2022 Dünya Kubokunun finalında Fransa ilə qarşılaşacaq Argentina yığmasının kapitanı Leonel Messi ilə birlikdə olduqları şəkilləri paylaşaraq, "Argentinaya azarkeşlik edəcəm. İrəli Leo!" Yeni tarix yarat!" kimi çağırış edib.
Qeyd edək ki, Üzeyir Novruzov bir çox ölkələrdə istedadlar kəşf edən proqramlarda çıxışları ilə dünyada böyük məşhurluq qazanıb. Üzeyir Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb. Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.



