DAHA 2 TAEKVONDOÇU MÜBARİZƏNİ DAYANDIRDI
ESTAFET/ Bu gün böyüklər arasında keçirilən dünya çempionatında daha iki idmançımız dayanq üzərinə çıxıb. Hər iki taekvondoçumuz iki döyüşdə qalib gəlsələr də növbəti qarşılaşmadan məğlub ayrılıb.
Belə ki, Ayxan Tağızadə (-68 kq) Livan idmançısı Rayan Delbani (22:11) və Səudiyyə Ərəbistanı təmsil edən İbrahim Saudu 11:3 hesabı ilə məğlub etsə də Çin-Taypeyli taekvondoçu Yu-Jen Huanga məğlub olaraq yarışı başa vurub. Fəridə Əzizova (-67 kq) da Faber İsabella (LÜK) (24:1) və Vanessa Koerndlı (ALM) üzərində 7-6 hesablı qələbə qazansa da Koreyalı idmançı Jan Di-Kimlə döyüşdən məğlub (0:7) ayrılaraq yarışla vidalaşıb.
Çempionatın dördüncü günü kişilərin yarışmasında -58 kq çəki dərəcəsində Fizam Mehtiyev mübarizəyə qatılacaq.