Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib

Dekabrın 22-də qadın voleybolçular arasında Yüksək Liqada I turun oyunları keçiriləcək. İlk olaraq meydana “Murov” və “Abşeron” komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan iki saat sonra “Azərreyl”- UNEC  duelinə start veriləcək.

Dekabrın 23-də isə kişi voleybolçular arasında Yüksək Liqada I turun “Murov” – “Neftçi” oyunu keçiriləcək. Matç saat 17:00-da başlayacaq.

Hər 3 görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, kişi və qadın voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV