Padel idman meydançasının açılışı olub

Dekabrın 24-də Bakı Su İdmanı Sarayının nəzdində padel idman meydançasının açılışı olub. Açılışda gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, Tennis Federasiyasının vitse-prezidenti Mehman Qocayev və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, padel yeni növ olsa da son vaxtlar dünyada sürətlə yayılıb. Daha çox İspaniyada populyar olan padel idman növü tennis və squaşın qarışığıdır. Padel kortunun sahəsi tennis kortu ölçüsünün üçdə biri qədərdir. Oyun əsasən, hər tərəfdə 2 nəfər olmaqla oynanılır.

Müəllif: Natiq NƏSİROV