2022-ci ilin ən məhsuldar və ən yaxşı qapıçıları

ESTAFET/ Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən çox qol vuran və ən yaxşı qapıçısını açıqlayıb.

IFFHS-ın rəsmi saytının məlumatına görə, Argentinanın “Rosario Sentral” klubunda çıxış edən Qaspar Servio geridə qoyduğumuz ildə 4 qola imza atıb.

31 yaşlı qolkiper bunlardan 3-nü çempionatda, 1-ni isə ölkə kubokunda vurub.

IFFHS-ın versiyasına əsasən, Belçika millisinin və İspaniyanın “Real” klubunun qapıçısı Tibo Kurtua isə 125 xalla ilin ən yaxşısı adına layiq görülüb.

Ötən ilin ən yaxşı 10 qapıçısı bunlardır:

1. Tibo Kurtua (Belçika, “Real”) - 125
2. Emiliano Martines (Argentina, “Aston Villa”) - 110
3. Yassin Bunu (Mərakeş, “Sevilya”) - 55
4. Dominik Livakoviç (Xorvatiya, “Dinamo”, Zaqreb) - 30
5. Huqo Lyoris (Fransa, “Tottenhem”) - 25
6. Voyçex Şensnı (Polşa, “Yuventus”) - 15
7. Yan Oblak (Sloveniya, “Atletiko”, Madrid) - 10
8. Alisson Bekker (Braziliya, “Liverpul”) - 10
9. Cordan Pikford (İngiltərə, “Everton”) - 5
10. Mayk Menyan (Fransa, “Milan”) - 5

Müəllif: Natiq NƏSİROV