Niyə məhz cüdo? - VİDEO

ESTAFET/ Heç düşünmüşünüz niyə siz və övladınız məhz cüdo idman növü ilə məşğul olmalıdır?

Beynəlxalq Cüdo Federasiyasının Uşaq Komissiyasının direktoru Ruben Houkesin təşəbbüsü ilə keçirilən araşdırma nəticəsində məlum olub ki, cüdo uşaqların fiziki və mənəvi sağlamlığına müsbət təsir göstərir.

Araşdırmanın nəticələrinə əsasən cüdo ilə məşğul olan uşaqların sosial davranışında da bir çox pozitiv dəyişikliklər müşahidə olunub: sosial narahatlıq, emosional problemlər və həmyaşıdlarla münaqişə xeyli azalıb.

Tədqiqat həmçinin onu da göstərir ki, cüdo ilə məşğul olan uşaqlar daha sərbəst olur, emosiyalarını tənzimləyə bilirlər. Cüdo axı təkcə idman və sağlamlıq deyil, həmçinin ruhi və mənəvi sağlamlıqdır. Cəsarət, hörmət, təvazökarlıq, səmimiyyət, dostluq, şərəf, nəzakət, özünüidarə dəyərlərinə sahib olan cüdo, uşaqları həyata daha hazırlıqlı olmağı, özünəinamı və ən əsası - xoşbəxt olmağı öyrədir.

Müəllif: Natiq NƏSİROV