Günay ilə qızılla başladı

ESTAFET/ Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çinin Sian şəhərində keçirilən “The Belt and Road 2023 to World Chess Woman’s Summit” beynəlxalq turnirinin qalibi olub.

11 turdan sonra 8.5 xal toplayan Günay Məmmədzadə yeni ildə iştirak etdiyi ilk turnirdə qızıl medala layiq görülüb.

Eyni xala malik, son iki dünya çempionatının qalibi Bibisara Assaubayeva (Qazaxıstan) əlavə göstəricilərə görə yarışı ikinci pillədə başa vurub.

Qeyd edək ki, turnirdə yeddi ölkədən 12 şahmatçı iştirak edirdi və yarış dairəvi sistemdə keçirilirdi.

Müəllif: Natiq NƏSİROV