Səfərli Almaniyada keçirilən turnirin qalibi oldu

ESTAFET/ Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada təşkil olunan "Staufer-Open" turnirinin qalibi olub.

30 yaşlı qrossmeyster sonuncu turda ev sahibi Lev Yankeleviçə qalib gəlib.

Yekunda 7 xal toplayan Səfərli əlavə göstəricilərə görə dörd rəqibini qabaqlayıb.

Qeyd edək ki, yarışda ümumilikdə 200 şahmatçı iştirak edib.

Müəllif: Natiq NƏSİROV